Azərbaycan Mədəniyyəti

Əsrlərin qatında yaranmış zəngin mədəni irsimiz

Mədəniyyət Sahələri

Azərbaycanın zəngin mədəni irsini müxtəlif sahələrdə kəşf edin

"Dənələr” sərgisi Bakıda təqdim olundu – Turan Aydınlının əsərləri böyük maraq gördü

"Dənələr” sərgisi Bakıda təqdim olundu – Turan Aydınlının əsərləri böyük maraq gördü

Mayın 23-də Bakıdakı Müasir İncəsənət Mərkəzində rəssam Turan Aydınlının fərdi sərgisi — “Dənələr” adlı layihə ilə açıldı. Azərbaycan Rəssamlıq Akademiyasının məzunu olan sənətkarın təqdim etdiyi bu sərgi 29 may tarixinədək davam edəcək. Açılış mərasimi sənət cameəsinin, kuratorların, rəssamların və sənətsevərlərin iştirakı ilə baş tutdu. Ziyarətçilər sərgidə gündəlik həyatın poetikasını özündə daşıyan, forma və rənglə duyğu yaradan rəsmlərlə tanış oldular. Sərgi adını daşıyan “dənə” anlayışı burada həm həyatın başlanğıcını, həm də fərdi inkişaf proseslərini simvolizə edir. Sadə bir obraz — nar dənələri və toxum metaforası — Turan Aydınlının əlində çoxqatlı, səssiz və dərin bədii ifadəyə çevrilib. Onun əsərlərində zaman donur, səslər susur, formalar isə baxanla sakit bir dialoq qurur. Sərgidə təqdim olunan rəsmlərdə zərif kolorit, balanslı kompozisiya və duyğularla işlənmiş forma diqqət çəkir. Hər bir əsər izləyicini düşünməyə, hiss etməyə və özünün daxili təəssüratlarını axtarmağa təşviq edir. Peşəkar təhsilini Azərbaycan Rəssamlıq Akademiyasında alan Turan Aydınlı sərbəst rəssam kimi fəaliyyətini davam etdirir. Onun yaradıcılığı həm akademik əsaslara, həm də şəxsi bədii duyuma söykənir. “Dənələr” sərgisi bu baxımdan təkcə estetik deyil, həm də emosional təcrübə təklif edir. Sərgi 29 may tarixinədək Müasir İncəsənət Mərkəzində davam edəcək. Giriş sərbəstdir. Ünvan: Müasir İncəsənət Mərkəzi Tarix: 23–29 may 2025 Instagram: @turan.aydinli

Musiqi və Rəqs

Musiqi və Rəqs

Azərbaycan muğamı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısındadır. Tar, kamança və saz kimi milli alətlər əsrlərdən bəri Azərbaycan ruhunu yaşadır.

Sənətkarlıq

Sənətkarlıq

Xalçaçılıq, misgərlik, zərgərlik — Azərbaycan əl sənəti əsrlər boyu nəsildən-nəsilə ötürülən milli xəzinədir.

Ədəbiyyat

Ədəbiyyat

Nizami, Füzuli, Nəsimi və digər böyük şair və yazıçılarımızın zəngin irsi

Milli Geyim

Milli Geyim

Papaq, arxalıq, kəlağayı və digər ənənəvi geyimlərimizin tarixi

Bayramlar və Ənənələr

Bayramlar və Ənənələr

Novruz, toy mərasimləri və digər milli bayramlarımız

Memarlıq

Memarlıq

Qədim abidələr, məscidlər və müasir memarlıq nümunələri

UNESCO Dünya İrsi

Azərbaycanın 17 mədəni elementi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Nümayəndə Siyahısına daxil edilib.\n\nİçərişəhər, Qobustan qaya təsvirləri və Şəki Xan Sarayı isə UNESCO-nun Dünya İrsi Siyahısındadır.

UNESCO DÜNYA İRSİ

Turizm Komekcisi

Azerbaycan seyahetiniz ucun sorusun