Göygöl

Göygöl

Göygöl
İki il əvvəl Gəncəyə gəzdiyimiz gün qərara gəldik ki, şəhərə bu qədər yaxın olan Göygölü də görək. Göygöl Milli Parkına girişdən sonra bütün nəqliyyat məhdudlaşdırılır. Biz də parkda fəaliyyət göstərən Niva maşınına minib göl ərazisində yerləşən otelə doğru yollandıq. Dağa qalxmaq özü ayrıca bir hissdir — meşəliklər, təmiz hava və yuxarı qalxdıqca dəyişən mənzərə insana “tam başqa yerə gəlmişəm” hissi verir. Otelə çatanda ilk diqqətimizi çəkən şey sükut və təbiətin səliqəsi oldu. Otağın pəncərəsini açanda qarşımıza elə bir mənzərə çıxdı ki, sanki göl bizə doğru uzanmışdı. Mavi su, dağın silueti və meşənin güzgü kimi əks olunduğu səth — bu anı kameraya yox, yaddaşa yazmaq istəyirdin. Otaqdan gölə baxmaq belə insanı sakitləşdirirdi. Sanki səhər yuxudan oyandığında pəncərənin o tərəfində bütün şərqül-əhval yox olurdu. Göygöl yanına yaxınlaşdıqca daha da gözəlləşir. Su o qədər şəffafdır ki, dərinlikdəki daşlar belə görünür. Kənardan baxanda isə göl parlaq mavi və petrol tonlarında dəyişir. Bizi ən çox təsirləndirən məqam isə təbiətin necə qorunduğu oldu: • ərazi çox təmizdir, • səs-küyə icazə verilmir, • gölə yaxın düşmək qaydalarla tənzimlənir, • təbiətə müdaxilə yoxdur. Bu səbəbdən Göygöl bu gün “ən yaxşı qorunan göl” statusunu tam haqlı olaraq daşıyır. Gəncəyə yolunuz düşsə, Göygölə mütləq gedin. İstirahət, təbiət, sakitlik və gözəl mənzərə — hamısı bir yerdədir.
Ana Səhifəyə Qayıt

Turizm Komekcisi

Azerbaycan seyahetiniz ucun sorusun